Nazir Məlahət Abbasovanın 60 yaşını təbrik etdi

Nazir Məlahət Abbasovanın 60 yaşını təbrik etdi
Video
Şou-biznes 66

Türkiyədə yaşayan və fəaliyyət göstərən aktrisa Məlahət Abbasovanın 60 yaşı tamam olub.

BAKU.WS xəbər verir ki, Mədəniyyət Naziri Adil Kərimli sənətçini yeni yaşı münasibətilə təbrik edib.

Abbasova bu barədə sosial şəbəkə hesabında yayımladığı videoda bildirib.

Aktrisa bu təbrikə görə Adil Kərimli başda olmaqla, Mədəniyyət Nazirliyinin bütün əməkdaşlarına öz təşəkkürünü bildirib.

Bundan başqa Məlahət Abbasova yeni yaşını təbrik edən Azərbaycan Respublikasının Ankara şəhərindəki səfirliyinə, Azərbaycan Respublikasının İstanbuldakı Baş Konsulluğuna,

Azərbaycan Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinə və onun nümayəndələrinə,

Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasına və İstanbul Böyükşəhər Bələdiyyəsi (İBB) Şəhər Teatrları rəhbərliyinə və müdirliyinə də dərin təşəkkür və minnətdarlığını bildirib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər