Nazilə Səfərlinin oğlunun nikahından GÖRÜNTÜLƏR - FOTO/VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Şairə Nazilə Səfərlinin övladının nikah mərasimi olub.
BAKU.WS xəbər verir ki, məşhurun oğlu Nurlanın xoş günü Qusar rayonunun Laza kəndində baş tutub. Nazilə övladı üçün Laza şəlaləsində kiçik mərasim təşkil edib. Onun gəlini Nuranə ilə övladı Nurlan elə orada nikah bağlayıblar.
Nazilə bu haqda sosial şəbəkə hesabında məlumat verib.
O, instaqram hesabında oğlunun şad günündən videolar paylaşaraq onu təbrik edib:
“Nikahda kəramət var. Bu gün sənədli, sübutlu qayınana oldum. Canım yanmasın, necə də gözəl qayınanayam. Oğlum üçün elə guşə seçdik və tərtib etdik ki, nağıllara tay”.
Qeyd edək ki, Nazilə Səfərli müsahibələrindən birində mayın 6-da gəlininə təmtəraqlı və qeyri-adi xına məclisi təşkil edəcəyini bildirib. Nurlanla Nuranənin toyu isə mayın 9-da keçiriləcək.
Qalereya
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...