"Nashville"in ulduzu 36 yaşında vəfat etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Amerikalı aktrisa Hayden Panettiere 36 yaşında vəfat edib.
BAKU.WS xəbər verir ki, onun ölüm xəbərini ailəsi açıqlayıb.
Aktrisanın hansı səbəbdən vəfat etdiyi isə bəlli deyil.
Panettierenin keçmiş nişanlısı və ukraynalı boksçu Vladimir Kliçkodan Kaya adlı bir qızı var. Aktrisanın qardaşı Yansen Panettiere də 2023-cü ildə 28 yaşında böyümüş ürək və aorta qapağı xəstəliyi ilə əlaqəli ağırlaşmalar səbəbindən vəfat edib.
Hayden Panettiere bir dəfə "Grammy"yə və iki dəfə "Qızıl Qlobus"a namizəd olub.
Hayden Panettiere "Nashville" və "Heroes" kimi seriallarla məşhurlaşıb.
Qalereya
Oxşar xəbərlər
32 yaşlı opera müğənnisi atasının 73 yaşlı dostu ilə evləndi
Honkonqda tanınmış opera müğənnisi Yemina Yu Çun-yan özündən 41 yaş böyük, keçmiş siyasətçi Lo Vay Kvokla ailə həyatı qurub. BAKU.WS xəbər verir ki, "AsiaOne" n...