Namiq Qaraçuxurlu təsirləndirdi: "1 ildir ki, yoxsan"
Meyxanaçı Namiq Qaraçuxurlu mərhum anası Qənirə xanımla bağlı paylaşım edib.
BAKU.WS xəbər verir ki, o instaqramda anasının son fotolarından birini paylaşaraq vəfatından bir il ötdüyünü qeyd edib.
"Bu gün bir ildir ki, yoxsan" deyə meyxanaçı bildirib.
Xatırladaq ki, Qənirə xanım ötən ilin sentyabrında xərçəng xəstəliyindən vəfat edib.
Namiq Qaraçuxurlu açıqlamalarından birində "Onun məzarı üstündə olanda artıq dayana bilmədim. Məzardan uzaqlaşdım. Kənarda yer tapdım. Ürəyimi boşaltdım. Sonra özümü topladım ki, belə olmaz. Ağlamaqdan nəfəsim kəsildi. Sonra dərindən nəfəs aldım. Ciyərlərim açıldı" -deyə qeyd edib.
Oxşar xəbərlər
"Nazlanma"nın müəllifindən Vasif və Vəfaya: "Bunlar nə cür müğənnidir?"
Məşhur "Nazlanma" mahnısının müəllifi, Cənubi azərbaycanlı müğənni Mənsur Daneşvar Əməkdar artist Vasif Məhərrəmli və həmkarı Vəfa Şərifovadan şikayətlənib. BAK...