Namiq Qaraçuxurlu karyerasını bitirmək istəyirmiş
"Müəyyən yaş gələcək ki, mən oxumaqdan uzaqlaşacağam və yalnız mahnı yazacağam. Məsələn, meyxanada uğurlu idim, çoxlu pul qazanırdım. Amma başa düşdüm ki, uzaqlaşmaq lazımdır. Eləcə də bundan yapışıb qalmayacağam".
BAKU.WS "axşam.az"a istinadən xəbər verir ki, bu sözləri meyxanaçı Namiq Qaraçuxurlu "Xəzər axşamı" verilişində deyib. Sənətçi karyerasını sonlandırmağı bir dəfə ağlından keçirdiyini də etiraf edib:
"Moskvada idim. 1–2 saat yatıb durmalı idim. Oyandım və ağlımdan keçdi ki, karyeramı yavaş-yavaş sonlandırım. Sonra öz-özümə dedim ki, təyyarədə insanın ağlına dəxlisiz fikirlər gəlir. Amma bu fikir ağlımdan keçdisə, bilirəm ki, nə vaxtsa edəcəyəm. Oxumağı kənara qoyub yalnız bəstəkarlıqla məşğul olacağam".
Oxşar xəbərlər
Afaq Gəncəli 49 yaşını xanımlarla qeyd etdi
Məşhur aparıcı Afaq Gəncəlinin 49 yaşı tamam olub. BAKU.WS xəbər verir ki, o yaxın dostlarını bir araya yığaraq özünə doğum günü məclisi təşkil edib. Bu barəd...