Namiq Qaraçuxurludan üzücü xəbər - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Meyxanaçı Namiq Qaraçuxurlunun bir müddət əvvəl vəziyyəti ağırlaşıb.
BAKU.WS xəbər verir ki, sənətçi "Space Magazin"ə açıqlaması zamanı səhhətinin həddən artıq pis olduğunu, evdən bayıra çıxa bilmədiyini deyib:
"Səhhətimdə 10 günlük problem vardı. Baş gicəllənməm, ürəkbulanmam var idi. Böyrəyimdən daş düşdü. Əməliyyat olunmadım. Evdə iynə vurdular, gəzdim və düşdü. Üç kiloqram arıqlamışam, 84 idim, hazırda 81 kiloyam. İki-üç gündən sonra vəziyyətim düzəldi, sonra yenə tutdu. Çarə tapa bilmədik. Sən demə, böyrəyimdə daş var imiş. Səhhətim o qədər ağır idi ki, həkimə getmək üçün evdən çıxa bilmirdim".
Oxşar xəbərlər
İlham Əliyev Rusiyanın aparıcı KİV rəhbərləri ilə görüşüb - YENİLƏNİB - VİDEO
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində fevralın 23-də TASS agentliyində bu ölk...