Nadirin 100 minini oğurladılar: "Evə kamera qoymamışdım" (FOTOLAR)
13
dek
2018
19:30
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Müğənni Nadir Qafarzadənin evində oğurluq hadisəsi baş verib. BAKU.WS-in məlumatına görə, ifaçı bu haqda Xəzər TV-də yayımlanan "5-də 5" verilişində məlumat verib. O bildirib ki, təxminən 1 il yarım bundan əvvəl evindən külli miqdarda pulunu oğurlayıblar:“Evimdən xeyli sayda pulumu oğurladılar. Evə kamera qoymamışam. Əvvəl bir xanımdan şübhələnmişdim. Sonra dəqiq bildim ki, o deyil. Onun yaşam tərzi o deyildi... Zəng vurub üzr istədim. Gözümlə görməmişəm, o dünyaya günah aparmaq istəmirəm. Pulu hamı kimi evimdə göz qabağına qoyurdum. 100 min manata yaxın pulumu oğurladılar. Gecə yata bilmirdim, yuxu dərmanı qəbul edirdim. Əziyyətlə qazanılmış pullar idi. Hadisə təxminən 1 il yarım bundan əvvəl baş vermişdi. Yoldaşım dedi ki, fikir vermə. Evə polis də gətirmədim, utandım”.BAKU.WS
Oxşar xəbərlər
Şəmkirdə Ukrayna vətəndaşının pulunu və sənədlərini oğurladılar - VİDEO
Şəmkirdəki marketlərdən birində Ukrayna vətəndaşına məxsus içərisində pul və sənədlər olan pulqabı oğurlanıb.Oğurluq hadisəsi mağazadakı müşahidə kameraları tər...