Günel telekanal rəhbərindən pulunu tələb edir: Pulumu ver, yoxsa... - VİDEO

16
iyl
2018
14:09
Müğənni Günel Ələkbərova bəstəkar-müğənni Rəhim Rəhimlini məhkəməyə verir.BAKU.WS xəbər verir ki, onun bu addımı atmağa məcbur edən səbəb Muz TV-nin rəhbər təyin edilən Rəhim Rəhimlinin onun üçün yazdığı mahnını başqa ifaçıya verməsi olub. "ATV Maqazin Onlarla" verilişinə açıqlama verən Ələkbərova, 10 il bundan əvvəl Rəhim Rəhimlidən 3 min dollara aldığı mahnının bu vaxtadək ala bilməyədiyini deyərək pulunu geri istəyib: "Rəhim, deyirlər ki, mənim mahnımı kiməsə vermisən. Bax, mən heç nə demirəm, pulumu ver. Sən özün bilirsən ki, son zamanlar mən qalmaqallardan uzağam. Amma sən mənim mahnımı başqasına vermisən. Ya pulumu, ya da mahnımı ver. Ya da ki, mənə bir təzə qəşəng bir hit yaz. Onsuz da, sən yatib-durub hit yazırsan". Zülfiyyə Qurbanova BAKU.WS

Oxşar xəbərlər
Azərbaycanda telekanal rəhbəri yarıçılpaq qızlarla şou göstərdi - VİDEO,FOTO
Muz TV-yə rəhbər təyin edilən müğənni Rəhim Rəhimli ATV-nin "10-dan sonra" verilişində qonaq olub. BAKU.WS xəbər verir ki, telekanal rəhbəri olduqdan sonra ilk...