Sevda Sanəliyevanın işçisi efirə zəng edib onu biabır etdi: 10 gün onun evində... - VİDEO

Sevda Sanəliyevanın işçisi efirə zəng edib onu biabır etdi:  10 gün onun evində... - VİDEO
Video
Şou-biznes 2517
Müğənni Sevda Sanalıyevanın uşaqlarının dayəsi "Hər şey daxil" verilişinin canlı efirinə zəng vuraraq ifaçının ona borclu olduğunu deyib. BAKU.WS xəbər verir ki, əvvəlcə verilişin aparıcısı, prodüser Tarix Əliyev (Tolik) qadının ona 3 gün əvvəl şikayət etdiyini açıqlayıb və Günel adlı şikayətçini efirə qoşub. "Sevda Sanaliyeva hər yerdə dayələrdən şikayət edir. Amma onun yanından mən özüm çıxmışam. 10 günə yaxın evində işləmişəm. Bir ayı 400 manata razılaşmışdıq. Mən uşaqlara baxırdım, özü çıxıb getdi və mənə dedi ki, pulu yoldaşı verəcək. Mən onun yoldaşından pulu istəmədim, o da vermədi. Üstündən bir müddət keçdikdən sonra zəng vurub pulu istədim. Dedi ki, indi imkanım yoxdur, olanda verərəm". Verilişin digər qonağı Nadir Qafarzadə həmkarının adının hallanmasından məyus olub və dayənin pulunu özü verəcəyini deyib. Zülfiyyə Qurbanova BAKU.WS

Son xəbərlər