Nadirdən spirtli içki qalmaqalına cavab: “Düşmənlərim var”

Nadirdən spirtli içki qalmaqalına cavab: “Düşmənlərim var”
Şou-biznes 1194

Mətbuatda müğənni Nadir Qafarzadə Rusiyanın "Aeroflot” şirkətinin əməkdaşı arasında insident baş verməsi xəbəri dərc olunub. 

BAKU.WS məlumatı dəqiqləşdirmək üçün müğənni N.Qafarzadə ilə saxlayıb. İfaçı isə bu xəbəri təkzib edib: 

"İlk öncə bildirim ki, mən "Aeroflot”la yox, "AZAL”la uçuş etmişəm. Bu xəbər isə kökündən yanlışdır. Məlumatı dəqiqləşdirmək üçün mənə bir jurnalist zəng etdi, söylədim ki, "yalandır”. Bu tip xəbərləri mənim düşmənlərım yayır. Mən heç siqaret çəkmirəm, o ki, qaldı içki içəm. Bəzi saytlar artıq bilmirlər ki, barəmdə nə yazsınlar ki, reytinq qazansınlar. Amma indidən xəbərdarlıq edirəm ki, barəmdə hər hansı bir əsassız yazı dərc edənlər qanun qarşısında cavab verməli olacaqlar”. 

Qeyd edək ki, mətbuatda N.Qafarzadənin Moskva-Bakı səfəri zamanı stüardessa ilə mübahisə etdiyi barədə xəbər yazıb. Xəbərdə bildirilirdi ki, mübahisəyə səbəb isə Nadirin əlavə spirtli içki istəməsi olub.

Aysel.Ş

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər