Nadir Qafarzadə: "İnstaqramdansa TikTok təmizlənsin"
Müğənni Nadir Qafarzadə sosial şəbəkədə izləyici sayının azalması ilə bağlı açıqlama verib.
BAKU.WS xəbər verir ki, sənətçi izləyicilərinin azalmasından narahat olmadığını bildirib və bunun səbəbini platformada aktiv olmayan profillərin silinməsi ilə əlaqələndirib.
"Baxıram ki, instaqramda izləyicilərim gedib. Düşünürəm ki, mən nə etdim? Bunlar saxta izləyici deyil, heç onu necə edirlər bilmirəm. Sadəcə kiminsə profili ya bağlanıb, ya da istifadə olunmayıb, parolu unudulub, kimsə ölüb. Belə hesablar silinib. Bu səbəbdən mənim də təxminən 43 min izləyicim azalıb. 749 min idi, 706 min qalıb. Təki itirəcəyimiz belə şeylər olsun, dostları, dəyərli insanları itirməyək. Təmizlik imandan gəlir. İnstaqram bir az, TikTok isə ümumiyyətlə təmizlənməlidir. Bu problem deyil",-deyə qeyd edib.
Oxşar xəbərlər
Röya Ayxan sevənlərinə "Yollar"ı təqdim etdi
Xalq artisti Röya Ayxan "Yollar" adlı yeni mahnısını təqdim edib. BAKU.WS xəbər verir ki, ifaçının yeni sinqlının sözləri və musiqisi Akbar Rahmana, aranjiman...