Nadir Qafarzadə: "Gənclərin oxuduğu mahnıları anlamıram"
Yeniliklərdən dərhal xəbərdar olun
"Deyirlər ki, filan mahnını oxuyursan, onda çörək yoxdur. Cavab verirəm ki, o mənə mənəvi qida verirsə, artıq çörəkdir. Mütləqdir ki, mədəmi doldurum?"
BAKU.WS "axşam.az"a istinadən xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə "İncə səhər" verilişndə deyib. O, yeni çıxan ifalarının qısa zamanda unudulacağını açıqlayıb:
"Mədə niyyətini güdməyək, mədəniyyəti də düşünək. Beynimizi yaxşı mahnılarla yükləyək. Bu mahnıları məclislərdə oxuyuram, gənclər də mənimlə birlikdə ifa edirlər. Onda deyirəm ki, bu mahnılar hələ ölməyib, yaşayır.
Bugünkü mahnılar 10 ildən sonra heç kimin yadında qalmayacaq. Nəinki 10 il, heç 1 ildən sonra. İnsanlar yenə qayıdır peşəkarların mahnılarına. Bu gün gənclərin oxuduğu mahnılara qulaq asıram, anlamıram. Bu gün müğənnilər var, amma ifaları yadda qalmayacaq".
Oxşar xəbərlər
32 yaşlı opera müğənnisi atasının 73 yaşlı dostu ilə evləndi
Honkonqda tanınmış opera müğənnisi Yemina Yu Çun-yan özündən 41 yaş böyük, keçmiş siyasətçi Lo Vay Kvokla ailə həyatı qurub. BAKU.WS xəbər verir ki, "AsiaOne" n...