Nadir Qafarzadə: “Açıq-saçıq geyinən yoxdur” - VİDEO

Nadir Qafarzadə: “Açıq-saçıq geyinən yoxdur” - VİDEO
Video
Şou-biznes 347

Müğənni Nadir Qafarzadə sosial şəbəkə hesabında yeni paylaşım edib.

BAKU.WS xəbər verir ki, hazırda Rusiyanın Sankt-Peterburq şəhərində olan sənətçi video çəkərək “Instagram” hesabında yayımlayıb. Nadir lentə aldığı görüntülərdə Peterburq sakinlərinin ünvanına xeyli tərif yağdırıb:

“Mən harada mədəniyyət, tərbiyə, qayda-qanun görürəmsə, istəyirəm ki, çəkib göstərim. Əsl Avropa dediyimiz, bəlkə də, Sankt-Peterburqdan başlayır.

Çox mədəni insanlar - sakit, stressiz, əsəbsiz... Nə soruşursan, cavab verirlər. Deyirlər, azərbaycanlıları Rusiyada sevmirlər, vallah, bunu görmədim.

Kim özünü yaxşı aparırsa, qanuna riayət edirsə, burada ayrı-seçkilik salmırlar. İnsanların heç kimlə işi yoxdur. Hər kəs yolu ədəb-ərkanlı gedir, açıq-saçıq geyinən yoxdur, eşitdiyimə görə, isti olanda da geyinmirlər.

Heç kimə nəyisə sübut etmək istəmirlər. Sadə geyinirlər. Öz pullarını, mallarını, geyimlərini nümayiş elətdirmirlər.

Mən belə xoşlayıram. Sevdim səni, Piter".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər