Nadir Qafarzadə kasıblara sataşdı: "Elə bil borcum var" (VİDEO)
ATV telekanalında yayımlanan "Zarafat-Zarafat" verilişinə qonaq qismində dəvət olunan müğənni Nadir Qafarzadənin səsləndirdiyi fikirlər birmənalı qarşılanmayıb.
BAKU.WS xəbər verir ki, müğənni Xatun Əliyevanın aparıcılığı ilə yayımlanan verilişin növbəti buraxılışı Beynəlxalq Təşəkkür gününə həsr edilib. Təşkkürü günü ilə bağlı fikirlərini bildirən müğənni Nadir pulsuz, xeyriyyə məqsədi ilə getdiyi toylardan danışıb. Müğənni: "Bahalı mala yaxşı baxarlar",- deyərək pulsuz getdiyi toylarda ona qarşı edilən rəftardan narazılıq edib.
"Mən toylara baha qiymətə gedirəm. Toyda mənə xüsusi münasibət göstərilir. Başa düşürlər ki, mənə pul veriblər. Öz malı kimi qoruyurlar məni. Amma bəzən kasıb toylarına gedirəm, pulsuz opxuyuram heç qarşılayanda olmur. Elə hərəkət edirlər ki, elə bil borcum var. Hələ üstə gəl adamın ifasında səhv də tuturlar. Deyirəm ay qardaş mən sizin toya hədiyyəyəm".
Aynur Ələkbərova
BAKU.WS
Oxşar xəbərlər
Nadir Qafarzadə özünə ləqəb qoydu: “Dollar Nadir...” (FOTO)
Nadir Qafarzadə manatın "ölmə”sinə özünəməxsus formada şərh verib. BAKU.WS xəbər verir ki, müğənni "İnstagram” bloqunda xüsusi telefon funksiyaları ilə özünün...