"Mükafat pulludur..." - Kinematoqrafçılar İttifaqının sədri Şəfiqə Məmmədova - FOTOLAR
03
avq
2018
13:45
Xəbər verdiyimiz kimi, avqustun 2-də Nizami Kino Mərkəzində Milli Kino Günü və Azərbaycan kinosunun yaranmasının 120 illiyinə həsr olunmuş tədbir keçirilib.BAKU.WS xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri Şəfiqə Məmmədova bildirib ki, rəhbərlik etdiyi qurum tərəfindən yubileyləri olan kino xadimlərinə, həmçinin veteran sənətkarlara mükafatlar verilir. O, Azərbaycan kinosuna verdiyi töhfələrə və 75 illik yubileyi münasibətilə xalq artisti, professor Oqtay Mirqasımova “Milli kino mükafatı”nı təqdim edib. Sədrin çıxışı zamanı ironiya ilə işlətdiyi "mükafat pulludur" kəlməsi kino xadimlərini gülüşə qərq edib: "Hər kəsi kino günü münasibəti ilə təbrik edirəm. Hamı üçün ürəkdən sevinirəm, bir daha təbrik edirəm. Bilirsiniz ki, ittifaqımız Milli Kino Günü yaranandan mükafat təsis edib. Azərbaycan milli kinosuna verdiyi töhvələrə görə "mükafat pulludur" kimi fikirlərə rəğmən, kino xadimlərimiz mükafata layiq görülürlər". BAKU.WS
Oxşar xəbərlər
Kino Gününə həsr olunmuş tədbirdə xalq artisti əlbəyaxa davaya çıxdı - ŞOK VİDEO
Nizami Kino Mərkəzində Kino günü ilə bağlı keçirilən tədbirdə qalmaqal yaşanıb.BAKU.WS “yenicag.az”a istinadən xəbər verir ki, tədbirin sonunda xalq artisti Oqt...