"Şok keçirtdim..." - Xalq artisti olan Mehriban Zəki - FOTOLAR
03
avq
2018
09:07
Xəbər verdiyimiz kimi, avqustun 2-də Nizami Kino Mərkəzində Milli Kino Günü və Azərbaycan kinosunun yaranmasının 120 illiyinə həsr olunmuş tədbir keçirilib.BAKU.WS xəbər verir ki, tədbirə yenicə "Xalq artisti" fəxri adına layiq görülən aktrisa Mehriban Zəki də qatılıb. Saytımıza açıqlama verən aktrisa bildirib ki, xəbəri eşidəndə çox sevinib:"Həmin gün çəkilişdə idim, telefonumu da söndürüb atmışdım kənara. Çəkiliş meydançasına kreativ prodüserimiz zəng etdi, məni çağırdılar kənara. Səbəbini soruşdum, dedilər ki, fəxri ad almısınız. Əvvəlcə şok keçirtdim, sonra sevindim... Telefonumu açanda isə gördüm ki, təbriklərin ardı-arası kəsilmir. Bütün uğurlarımı hər zaman ustadım Vaqif İbrahimoğlu ilə bağlamışam və təəssüf edirəm ki, Vaqif müəllim bunu əyani olaraq görə bilmir. Onun tələbələri zirvələrdədir. Əminəm ki, onun ruhu hər zaman başımın üstündədir və məni dəstəkləyir. Məhz belə bir gündə, Azərbaycan kinosunun 120 illik yubileyində cənab Prezidentin məni bu ada layiq görməsi həqiqətən də məni çox sevindirdi. Buna görə cənab Prezidentə təşəkkürümü bildirirəm". Hüseyn MəmmədsalahovBAKU.WS
Oxşar xəbərlər
Kino xadimləri üçün özəl gün - FOTOLAR
Avqustun 2-də Nizami Kino Mərkəzində Milli Kino Günü və Azərbaycan kinosunun yaranmasının 120 illiyinə həsr olunmuş tədbir keçirilib.BAKU.WS xəbər verir ki, yub...