Müğənni Tülay Özer vəfat edib
Yeniliklərdən dərhal xəbərdar olun
1970-ci illərin tanınmış müğənnisi Tülay Özer 79 yaşında vəfat edib. O, böyrək çatışmazlığı səbəbilə uzun müddətdir dializ müalicəsi alırdı.
BAKU.WS xəbər verir ki, sənətçinin vəfat xəbərini musiqi prodüseri Hakan Eren yayıb. O, sosial şəbəkədə "Səhər aldığımız pis xəbər… Tülay Özer bacımızı itirdik" sözlərini yazıb.
Tülay Özer "Büklüm Büklüm", "İkimiz Bir Fidanız", "Kalbime Sana Vermiştim" kimi mahnılarla tanınıb və 1970–80-ci illərdə türk musiqisinə töhfə verib.
Erzincanda anadan olan sənətçi 1972-ci ildən musiqi karyerasına başlayıb. O, həm də müğənni Zerrin Özerin bacısıdır.
Oxşar xəbərlər
32 yaşlı opera müğənnisi atasının 73 yaşlı dostu ilə evləndi
Honkonqda tanınmış opera müğənnisi Yemina Yu Çun-yan özündən 41 yaş böyük, keçmiş siyasətçi Lo Vay Kvokla ailə həyatı qurub. BAKU.WS xəbər verir ki, "AsiaOne" n...