Moskva bazarlarındakı azərbaycanlılar (FOTOREPORTAJ)
Moskva bazarlarından danşanda ilk ağıla azərbaycanlılar gəlir.
BAKU.WS-in məlumatına görə, həmyerlilərimizi bütün Rusiyada ticarətçi kimi tanıyır. Amma bu stereotiplərin yaranması o demək deyil ki, Rusiyada müvəffəqiyyət qazanmış azərbaycanlılar yoxdur. Rusiya bazarlarında Azərbaycanda meyvə-tərəvəzlərinə böyük tələbat var. Bazarlara məhsul gətirən azərbaycanlılarla yanaşı, Moskvada qalıb yaşayan kifayət qədər soydaşımız var. Qeyri-rəsmi məlumatlara görə, Rusiyada 1-2 milyon azərbaycanlı yaşayır.
Bazarda işləyənlər iddia edirlər ki, bir müddət öncə baş verən kütləvi deportasiyadan əvvəl buradakı ticarətçilərin əksəriyyəti azərbaycanlılar idi. Hazırda azərbaycanlıların əksəriyyəti "Kiyev" metro stansiyasının ətrafındakı bazarda işləyir.
Tacirlərdən biri deyir ki, ağır işə baxmayaraq o, vaxtın necə keçdiyini bilmir. Azərbaycanlı ticarətçi həmyerlilərinin əhatəsində işləməyin xoş olduğunu deyir. Rusiyada bazarlarda çalışan azərbaycanlıların ən böyük arzusu bir gün ölkələrinə qayıtmaqdır.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanlı sərnişinləri İrəvana göndərmək istədilər
Monteneqronun Tivat şəhərindən çarter aviareysi ilə Bakıya gələn azərbaycanlılar şok hadisə ilə üzləşiblər. Təyyarə sərnişinlərindən birinin BAKU.WS-ə verdiyi...