“Mor ve ötesi”nin Bakı konsertindən GÖRÜNTÜLƏR - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən gün türkiyəli məşhur qrup “Mor ve ötesi” Bakının qonağı olub.
BAKU.WS xəbər verir ki, alternativ rok musiqi qrupu Bakı Konqres Mərkəzində sevənləri qarşısında çıxış edib.
Qrup canlı performansı ilə pərəstişkarlarına möhtəşəm və yadda qalan gecə yaşadıb.
Onlar səhnədə "Forsa", "Dünyaya Bedel", "Linç", "Cambaz", "Sevda Çiçeği", "Oyunbozan", "Araf", "Bir Derdim Var", "Küçük Sevgilim" kimi sevilən ifalarını səsləndiriblər.
Populyar qrupun hit musiqiləri ilə çıxışı fanatları tərəfindən böyük sevgi və coşğu ilə qarşılanıb. “Mor ve ötesi”ni canlı dinləmək istəyənlər 15-190 AZN-lərindən keçməli olublar.
Xatırladaq ki, “Mor ve ötesi” alternativ rok musiqi qrupu 1995-ci ildə yaradılıb. Üzvləri Harun Tekin, Kerem Özyeğen, Burak Güven, Kerem Kabadayı kimi musiqiçilərdən ibarətdir.
Qrup 8-ci studiyo albomunu 2022-ci ilin yanvarın 21-də sevənlərinə təqdim edib. Onlar 2008-ci ildə keçirilən 53-cü Avroviziya Mahnı Müsabiqəsində Türkiyəni "Deli" adlı mahnı ilə təmsil ediblər.
Qalereya
Oxşar xəbərlər
Hadisənin 9 il sonra Bakı konsertində YAŞANANLAR – FOTO
Azərbaycana axın edən türkiyəli məşhurlar arasında müğənni Hadisə də yer alıb. BAKU.WS xəbər verir ki, ötən gün sənətçinin Bakı Konqres Mərkəzində uzun müddətdi...