"Mən evdən vağzalı ilə çıxanda o, dəfn olunurdu"- Tünzalə (VİDEO)
02
okt
2018
20:32
Əməkdar artist Tünzalə Əliyeva ATV-də yayımlan "BizimləSən" verilişində toy günündə yaşanan hadisədən danışıb. BAKU.WS-in məlumatına görə, aktrisanın xoş günündə dayısı dünyasını dəyişib, amma toyda ona və anasına bu haqda heç kim heç nə deməyib. T. Əliyeva həmin günü belə xatırlayıb:"Bir anam bilmədi, bir də mən. Həmin gün şayiələr yayılmışdı ki, Tünzalənin toyu olmayacaq. Bir neçə sənət dostum mənə zəng etmişdi ki, eşitmişik toyun "otmena" olunub. Demişdim ki, yox, elə şey yoxdur. Həmin gün getdik evə, balaca qardaşım dedi ki, sizə bir söz deməliyəm. Dedi ki, İbiş dayı ölüb. Şokda idim. Mən evdən vağzalı ilə çıxanda o, dəfn olunurdu". Xatıladaq ki, əməkdar artist Tünzalə Əliyevanın toyu 2013-cü ilin iyununda baş tutmuşdu. Hüseyn MəmmədsalahovBAKU.WS
Oxşar xəbərlər
Tünzalənin qayınatası ona dəstək oldu - Təsirli anlar (VİDEO)
ATV-də yayımlanan "BizimləSən" verilişində təsirli anlar yaşanıb. BAKU.WS-in məlumatına görə, mənzil kreditinin ödənilməsinə görə xalqdan kömək istəyən əməkdar...