Mələk Heydərova: Mənə Kişi lazımdır

Mələk Heydərova: Mənə Kişi lazımdır
Şou-biznes 15400
"Mənim üçün ideal kişi çalışqan olandır. Heç vaxt küsməyən, mərd adamlar kişidir. Çətinlikdən bezməyən, pul qazanmağı bacaranlar kişidir. Kişi daşdan pul çıxarmağı bacarmalıdır. Kişi ki gəlib mənə dedi ki, vəziyyət çətindir, pul qazanmaq olmur. Gözümün düşmənidir".BAKU.WS-in məlumatına görə, bu sözləri aparıcı, aktrisa və yazar Mələk Heydərova oxu.az-a müsahibəsində deyib: "Bir dəfə verilişdə bir yazar dedi ki, ev ala bilmirəm, arvadım kömək etməlidir ki, ev alım. Dedim ki, arvadın köməyi ilə ev alırsansa, əyninə şalvarı niyə geyinmisən?! Onları kişi saymıram. Ərə gedirəm ki, evim olsun. Mən sənə niyə ev almalıyam? Evin bazarlığını bir dəfə edə bilərəm. Amma kişi gəlsin desin ki, evim yoxdur.Pulumuzu qoyaq, ev alaq, o kişidən qaçaram. Səhəri gün bir bəlaya düşəndə o kişi mənə neyləyəcək? Acizdirsə, neynirəm? Mənə kişi lazımdır. Bəzi kişilər özlərini elə yazıq göstərirlər ki, az qalırlar, ağlasınlar. Qadın sənə niyə kömək etməlidir? Biz dədə-babadan belə görmüşük.Yazıçılıqdan qazana bilmirsən? Bunu yazma da, sənlik deyil, özünə başqa sənət tap. Nə oldu, Qaraqanın kitabı satıldı, kitabın pulu ilə özünə maşın aldı, amma səndə olmadı? Brend ola bilmirsənsə, bu, nə cəmiyyətin, nə də arvadının günahıdır. Kişilərimizin acizliyi məni əsəbiləşdirir".BAKU.WS

Son xəbərlər