Əməkdar artist qəzəbləndi: Soyunmaq olar e, amma gərək o bədənlə...
14
iyn
2018
10:07
Əməkdar artist, aktyor Vahid Əliyev qəzəblənib.BAKU.WS yenicag.az-a açıqlama verən aktyor film və seriallarda çəkilən təsadüfi insanların qeyri-peşəkar oyunundan narazılığını ifadə edib:“Film və seriallara baxırsan ki, təsadüfi insanlarla doludur. Küçədə bir gözəl qız görürlər, gətirib seriala çəkirlər. Təki soyunsun, açıq-saçıq səhnələrə çəkilsin. O filmləri 18+ anonsu ilə kinoteatrlarda nümayiş etdirib, gəlir götürürlər. Soyunmaq olar e, amma gərək o bədənlə bir söz də deməyi bacarasan. 40-50 il keçəndən sonra oynadığım tamaşa yaddaşlarda yaşayacaqsa, bədənimlə tamaşaçıya nəsə çatdıra biləcəyəmsə, özüm də səhnəyə lüt çıxaram. Bu, başqa məsələ. Çılpaq bədənlə də gərək nəyisə ifadə edə biləsən. Yoxsa ki, soyunub, bədənini qoyub çöldə, özünü aktrisa hesab edir. Bir-iki rola çəkiləndən sonra da başlayacaq müğənnilik etməyə. Bir dəfə bir verilişdə qonaq idim. Aparıcı bir qızı göstərib dedi ki, gənc müğənnidir, görün səsini bəyənəcəksiz? Dinlədim, dedim ki, a qızım, get ailə qur. Mətbəxdə özün üçün züm-zümə edərsən, ərin üçün oxuyarsan. Məndən incidi”.Aktyor sənətşünasları da tənqid atəşinə tutub: “Bu gün sənətşünaslar o filmlər, seriallar barədə tənqidi yazılar yazmalıdır. Amma hamısı susur. Çünki özlərini pis etmək istəmirlər. Nəticə də göz qabağındadır. Dövlət hər il maliyyə ayırır, sənətşünaslar yetişdirir. Onlar niyə susur?BAKU.WS
Oxşar xəbərlər
“Aktrisanı səhnədə soyundursam…” - Xalq artistindən 18+ səhnələrə reaksiya – FOTO
Xalq artisti, tanınmış rejissor Cənnət Səlimova teatrda açıq-saçıq səhnələrlə bağlı fikirlərini bölüşüb.BAKU.WS xəbər verir ki, "yenicag.az"a açıqlama verən rej...