Mirkamil onu hədələdi: "Qaz balonunu sənin studiyana qoyub partladacam" - VİDEO
20
fev
2019
17:58
Müğənni Afət Fərmanqızının Nəsimin qəzəlinə ifa etdiyi mahnı hələ də qalmaqala səbəb olmaqdadır.BAKU.WS big.az-a istinadən xəbər verir ki, bu dəfə mahnıya "Xalq uduzu"dan məşhurlaşan, xalq artisti Mələkxanım Əyubbovanın bacısı oğlu Mirkamil Kamilov fikir bildirib: "Salam, hər kəsi salmalayıram. Çox adam yenə baxıb güləcək ki, bunun başı gedib. Başımda problem yoxdu. Neçə vaxtdır Nəsiminin qəzəli ilə bağlı olan məsələyə aydınlıq getirmək istəyirəm. O mahnını kim aranjiman edib? Həmən aranjmançıya üzümü tutub deyirəm, mənim nömrəmi tap zəng elə mənə. Yoxsa qaz balonunu sənin studiona qoyub partladacam. Ya tapırsan məni da ya da tapın görüm o mahnını kim aranjman edib? Oxuyana aid heç bir şey yoxdu burada, o ideya müəllifi kimdirsə, ona deyirəm ki, qaz balonun qoyub studionu dağıdacam" BAKU.WS
Oxşar xəbərlər
Şou-biznesin qohumları – ARAŞDIRMA
BAKU.WS bu dəfə sənət aləmində kimin kiminlə qohum olduğunu araşdırıb. Əməkdar artist Rəşad İlyasovun xalası xalq artisti Şəfiqə Eyvazova, dayısı isə ud ifaçısı...