Ramaldan bibisi Mələkxanım Əyyubova ilə barışıq fotosu (FOTO)
Müğənni-bəstəkar Ramal İsrafilov bibisi, xalq artisti Mələkxanım Əyyubova ilə bu günlərdə barışıb.
BAKU.WS xatırladır ki, qohumları - Mələkxanım Əyyubova və Mirkamil Kamilovla barışan Ramal onlarla şəkil çəkdirərək, "İnstagram” bloqunda paylaşıb.
O, doğmaları ilə barışdığını sosial şəbəkədə də bir daha elan edib.
Xatırladaq ki, M. Əsədova verilişdə ad gününü qeyd etmişdi. O, həmin proqramda iştirak etməyən Ramal İsrafilov və Mirkamil Kamilovdan incidiyini söyləmişdi.
Ramal İsrafilov isə jurnalsitlərə açıqlamasında muğam ifaçısı ilə barışdığını söyləmişdi.
"Bibimin doğum günündən sonra ona zəng etdim, barışdıq. Biz balacayıq, günah bizdə olur. O, mənim böyüyümdür, incisə də, haqlıdır. Bibidən adam küsər?” – deyə, R.İsrafilov bildirmişdi.
Qeyd edək ki, Mirkamil Kamilov M.Əyyubovanın bacısı oğlu, R.İsrafilov isə qardaşı oğludur.
Onların birgə fotosunu oxuculara təqdim edirik:
Aysel.Ş
BAKU.WS
Oxşar xəbərlər
Səfir “Instagram”da Leyla Əliyeva ilə birgə çəkilən fotosunu paylaşdı (FOTO)
Xalq artisti, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu "İnstagram” bloqunda yeni fotosunu paylaşıb. BAKU.WS xəbər verir ki, səfir fotoda Heydər Əliyev F...