Miri Yusifin anşlaqla keçən KONSERTİNDƏN GÖRÜNTÜLƏR - FOTO/VİDEO

Miri Yusifin anşlaqla keçən KONSERTİNDƏN GÖRÜNTÜLƏR - FOTO/VİDEO
Foto Video
Şou-biznes 171

Ötən gün Bakıda Xalq artisti Miri Yusifin konserti baş tutub.

BAKU.WS xəbər verir ki, sənətçi Heydər Əliyev Sarayında orkestrlə sevənləri qarşısında çıxış edib. Anşlaqla keçən konsert zamanı Miri Yusif sevilən mahnılarını səsləndirib.

Xalq artisti "Ruh əkizləri", "Sənə qurban", "Tərki dünya", "Oyna", "Qiymətlim", "Axtarıram", "Ağ təyyarə" kimi populyar hitləri ilə pərəstişkarlarının qəlbini oxşayıb.

Miri Yusif bəzi kompozisiyalarını zalda əyləşən musiqisevərlərlə birlikdə səsləndirib. Sənətçi səhnədəki çıxışı zamanı öz pərəstişkarları ilə söhbət də edib. İfaçı onun sənətinə dəyər verən fanatlarına təşəkkür edib:

"Sizi burada görməyə çox şadam. Demək olar ki, hər birinizi tanıyıram. Biz sizinlə hər konsertimdə görüşürük. Sənətimə dəyər verdiyinizə görə təşəkkür edirəm. Nə qədər ki siz varsınız, bizi birləşdirən bu mahnılar var, mən də varam, əks halda yoxam..."

İfaçı konserti zamanı sevənlərini təəccübləndirməyi bacarıb. O, "Əvəzolunmaz" adlı lirik mahnısını Armonika ilə ifa edib. Pərəstişkarları sənətçinin konserti zamanı izdiham yaradıb. Onlar Xalq artistinin konsertində iştirak etmək üçün minimum 30, maksimum isə 150 AZN-lərindən keçməli olublar.

Canlı orkestr, müxtəlif lazer işıqlarla bəzədilən səhnə dekorasiyası, rəqqasların müxtəlif səhnə şouları sənətçinin mahnılarına ayrı rəng qatıb. Bununla da Miri Yusif konsertində sevənlərinə unudulmaz gecə yaşadıb.

Qeyd edək ki, anşlaqla keçən konsertin ikinci günü bu gün Heydər Əliyev sarayında baş tutacaq.

Son xəbərlər