Miri Yusif Londonda və Antalyada konsert verdi

Miri Yusif Londonda və Antalyada konsert verdi
Foto Video
Şou-biznes 541

Xalq artisti Miri Yusif iki ölkədə solo konsert proqramı ilə çıxış edib.

BAKU.WS xəbər verir ki, onun ilk konserti dekabrın 6-da Londonda baş tutub.

Konsert Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı və Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin dəstəyi ilə keçirilib.

Miri Yusif gecədə "Ağ Təyyarə", "Tərk-i Həyat", "Səndən bir dənədir", "Sənə Qurban" və digər sevilən mahnılarını ifa edərək pərəstişkarlarına unudulmaz anlar yaşadıb.

Tədbirin sonunda Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov çıxış edərək Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə həmyerlilərimizi təbrik edib.

Sənətçinin digər konserti isı Antaliyada baş tutub.

Oxşar xəbərlər

Alim Qasımovdan qızı ilə bağlı PAYLAŞIM

Alim Qasımovdan qızı ilə bağlı PAYLAŞIM

Xalq artisti Alim Qasımov qızı Dilrubə ilə bağlı paylaşım edib.  BAKU.WS "axşam.az"a istinadən xəbər verir ki, xanəndə övladının ad günü olduğunu bildirib.  A.Q...

168 Şou-biznes 20:17 07 sentyabr 2025

Son xəbərlər