Mina yayı bahalı klipi ilə yekunlaşdırdı
Yeniliklərdən dərhal xəbərdar olun
Müğənni Mina Hüseyn əvvəlki tərzinə geri dönərək sevənlərini təəccübləndirib. İfaçı ona uzun illər əvvəl uğur gətirən rep ifası ilə yaya son damğasını vurub.
BAKU.WS xəbər verir ki, sənətçi tropik yay ab-havalı "Marakuya"adlı yeni bəstəyə çəkilən klipini təqdim edib.
Ekran işinin ideya və ssnearisi Minanın özünə məxsusdur. Bir neçə məkanda və obrazda lentə alınan klipdə müğənni cazibəli görünüşü, zövqü, cəsarəti ilə diqqət çəkib. Klipin lentə alınması rejissor Xəyal Murtuzova həvalə olunub.
Mina qeyd edir ki, söz və musiqisi JayhunMusic-ə aid olan bu mahnı qısa zamanda hər kəs tərəfindən seviləcək.
Üstəlik, "Marakuya" mənim ən çox sevdiyim ekzotik meyvələrdən biridir bu səbəbdən də mahnıda həm təbiiliyi, həm də şirin yay enerjisini hiss edəcəksiniz.
Gəlin birlikdə bu tropik abu-havanı hiss edək-deyə vurğulayıb".
Oxşar xəbərlər
32 yaşlı opera müğənnisi atasının 73 yaşlı dostu ilə evləndi
Honkonqda tanınmış opera müğənnisi Yemina Yu Çun-yan özündən 41 yaş böyük, keçmiş siyasətçi Lo Vay Kvokla ailə həyatı qurub. BAKU.WS xəbər verir ki, "AsiaOne" n...