Məşhur evləndi - toyuna Röya, Miri Yusif, Zülfiyyə gəldi (VİDEO/FOTOLAR)
11
mar
2019
09:51
Ötən gün tanınmış prodüser Emin Əfəndinin toyu olub. O, bloqqer Lalə ilə ailə həyatı qurub. BAKU.WS-in məlumatına görə, paytaxt restoranlarının birində baş tutan məclisi müğənni Azad Şabanov idarə edib. Cütlüyün xoş günündə bir çox tanınmış simalar - Xalq artistləri Zülfiyyə Xanbabayeva, Eyyub Yaqubov Əməkdar artistlər Röya Ayxan, Miri Yusif, Tünzalə Ağayeva, müğənnilər Zamiq Hüseynov, Elvin Mirzəzadə, aparıcılar Samir Bayramlı, Hacı Nuran Hüseynov, Tural Əsədov, Nəsib Nur, fotoqraf Zaur Nəcəfbəyov və başqaları iştirak ediblər. Qeyd edək ki, Emin Əfəndi müxtəlif dövrlərdə Miri Yusif, "Dəyirman" və "H.O.S.T." qruplarının prodüseri olub. Bundan əlavə, o, ATV-də "Bizim kimi" layihəsinin rəhbəri və aparıcısı olub. Eminin sevib-seçdiyi Lalə isə gözəllik bloqqeridir. Onun 65 minə yaxın "Instagram" izləyicisi var. Hüseyn MəmmədsalahovBAKU.WS
Oxşar xəbərlər
Miri Yusif ilk dəfə üçüncü övladını göstərdi (FOTO)
Müğənni Miri Yusif ilk dəfə üçüncü övladınının fotosunu sosial şəbəkədə paylaşıb. BAKU.WS-in məlumatına görə, oğluna Mir Cahid adını qoyan ifaçı oğlunu mediadan...