“Metropark” 5 illiyini qeyd edir

Əziz qonaqlarımız, 2012-ci ildən bu yana sizin rahatlığınız və məmnuniyyətiniz üçün işləyən "Metropark” martın 7-də 5 illiyini qeyd edir.
Sizlərə hər zaman yüksək xidmət göstərə bilmək məqsədilə 700 nəfərin çalışdığı "Metropark” ailəsi olaraq, əyləncə və alış-verişlə barəbər bütün özəl günlər və xoş anlarınızda bizi seçdiyinizə görə hər birinizə ayrılıqda öz təşəkkürümüzü bildiririk.
Hər il olduğu kimi, yenə bu il də 5-ci yaşımızı sizlərlə birlikdə sevinc və əyləncə içində keçirmək istəyirik. Martın 7 və 8-i tarixlərində sizlər üçün möhtəşəm şoularla dolu əyləncə və sürprizlər, 8 Mart tarixində isə tanınmış müğənni Rəhim Rəhimlinin möhtəşəm konsert şou proqramı ilə sizlərə unudulmayacaq anlar yaşadacağıq.
Həm yaranışımızın 5-ci ilini həm də Ümumdünya Qadınlar Gününü sizlərlə birlikdə keçirəcəyimiz üçün çox şadıq.
Gözəlliyi dillərə dastan, zərif və müqəddəs Azərbaycan xanımlarının 8 Mart - Ümumdünya Qadınlar Gününü öncədən təbrik edirik.
www.instagram.com/metroparkbaku


Oxşar xəbərlər
“CinemaPlus” kinoteatrlar şəbəkəsi Bayraq gününü belə qeyd etdi (FOTO)
Noyabrın 9-da "CinemaPlus” kinoteatrlar şəbəkəsi Azərbaycan Respublikasının Dövlət Bayrağı gününü qeyri adi qeyd edib. BAKU.WS xəbər verir ki, kinoteatrın işçi...
