Məşhurlara qarşı aparılan narkotik əməliyyatlarında 19 nəfər həbs edildi
İstanbulda məşhurlara qarşı aparılan genişmiqyaslı narkotik istintaqı çərçivəsində saxlanılan 26 şübhəlidən 19-u barəsində həbs qətimkan tədbiri seçilib.
BAKU.WS xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğunun Qaçaqmalçılıq, Narkotik və İqtisadi Cinayətlərin Araşdırılması Bürosu tərəfindən aparılan istintaq "istifadə məqsədilə narkotik və ya psixotrop maddə saxlamaq", "narkotik maddə istifadəsini asanlaşdırmaq" və "fahişəliyə təşviq, bu işə vasitəçilik və yer təmin etmək" ittihamlarını əhatə edib.
İstintaq çərçivəsində saxlanılanlar arasında aktyor Doğukan Güngör və sosial media fenomeni Burak Altındağın da olduğu bildirilib. Barələrində əvvəllər ölkədən çıxış qadağası olan Doğukan Güngör, Alya Şahinler, Ceren Yıldırım və Saniye Deniz prokurorluqdakı ifadələrindən sonra sərbəst buraxılıblar.
Prokurorluğun təqdimatı əsasında Arif Altunbulak, Muzaffer Yıldırım, Ceyda Ersoy, Gizem Özköroğlu, Ece Cerenbeli, Burak Altındağ, Sevgi Taşdan, Duygu Açıksöz, Nevin Şimşek, Merve Uslu, Lerna Elmas, Hakan Yıldız, Koray Beşli, Berna Aracı, Gülsüm Bayrak, Veysel Avcı, Özge Bitmez, Suat Yıldız və Merve Eryiğit barəsində həbs qərarı çıxarılıb.
Digər üç şübhəli isə yəni, Binnur Buse Alper, Sedef Selen Atmaca və Gözde Anuk haqqında isə "yaşayış yerini tərk etməmək" şərti ilə nəzarət tədbiri tətbiq olunub.
İstintaq tədbirlərinin davam etdiyi bildirilir.
Oxşar xəbərlər
5 ədəd pomidora 450 lirə ödəyən Halil Ergün şikayətləndi
Məşhur aktyor Halil Ergün bahalıqdan və pensiyasının azlığından şikayətlənib. BAKU.WS xəbər verir ki, marketdən bazarlıq edən aktyor 5 ədəd pomidora 450 lirə (...