Məşhur müğənni Tarkandan üzr istəyəcəyini dilə gətirdi
Yeniliklərdən dərhal xəbərdar olun
Uzun illərdir dağınıq skleroz xəstəliyi ilə mübarizə aparan tanınmış türkiyəli müğənni Sərdar Ortaç həmkarı Tarkan haqqında söylədiyi sərt sözlərə görə üzr istəməyə hazır olduğunu açıqlayıb.
BAKU.WS xəbər verir ki, sənətçi bu barədə qatıldığı bir televiziya proqramında danışıb.
O, daha əvvəl sərxoş vəziyyətdə iştirak etdiyi bir verilişdə Tarkanı təhqir etdiyinə görə peşman olduğunu deyib:
"Mənə bu diaqnoz qoyulandan sonra Tarkan zəng edib halımı soruşdu. Amma sonradan sərxoş halda bir verilişdə onu söydüm. Buna görə çox utanıram. Onu görən kimi üzr istəyəcəyəm."
Bu açıqlama sosial mediada maraqla qarşılanıb və bir çox istifadəçi Sərdar Ortaçın dürüstlüyünü təqdir edib.
Oxşar xəbərlər
Podiumlardan mətbəxə: Məşhur model restoran açıb, yemək bişirir
Bir zamanların məşhur modeli və aktrisası Sibel Turnagöl bu sahədən tamamilə ayrılıb. BAKU.WS xəbər verir ki, o Maslak adlı bölgədə kiçik restoran işlətməyə ba...