Məşhur aktrisadan etiraf: "Həyat yoldaşım mənə qadın kimi ol" dedi"
Məşhur aktrisa Melisa Aslı Pamuk yeni açıqlaması ilə gündəmə gəlib.
BAKU.WS xəbər verir ki, verilişlərdən birinə qonaq olan aktrisa şəxsi həyatı ilə bağlı səmimi açıqlamalar edib.
O, həyat yoldaşı Yusuf Yazıcının ona bildirdiyi iraddan danışıb.
Aslı Pamuk qeyd edib ki, daim bəylər olan mühitdə böyüdüyünə görə məcbur qalaraq kişi xarakterli qadın olub.
Bu səbəbdən həyat yoldaşı ondan bu xarakterini dəyişməsini istəyib.
"12 yaşımdan bəri işləyirəm. Həmişə bəylərin olduğu bir mühitdə böyümüşəm.
Özümü qorumaq üçün məcburi şəkildə kişi xarakterli (ərköyün/sərt) olmalı idim. Həyat yoldaşım sayəsində bunu dəyişdirdim. Həyat yoldaşım Yusuf Yazıcı, "Daha qadınsayağı olmağını istəyirəm. Bəzən elə bil dostlarımdan biri ilə oturmuşam kimi olur. Bir az sakit ol və öz feminin tərəfini tap" dedi.
Geri dönüb baxanda, ehtiyacım olan şeyin bu olduğunu gördüm və çox şükür ki, bunu tapdım dedim".
Xatırladaq ki, Yusufla Melisa iki il əvvəl evlənib. Ötən il onların bir övladı dünyaya gəlib.
Qalereya
Oxşar xəbərlər
53 il sonra Brüs Li üçün bunu etdilər
Əfsanəvi döyüş ustası, aktyor və rejissor Brüs Li bundan sonra Kaliforniyada rəsmi olaraq anılacaq. BAKU.WS xəbər verir ki, Kaliforniya qubernatoru Qevin Nyusom...