"Məşuqunun adını çəkib, titulunu saymaq namusdan-ardan yüksək tutulur" - VİDEO
01
okt
2019
10:33
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Xalq artisti Afaq Bəşirqızı İTV-də yayımlanan "3D" verilişinin qonağı olub. BAKU.WS xəbər verir ki, aktrisa Dadaş Dadaşlinskinin suallarını cavablandırarkən yerli telekanallarda baş verən rüsvayçı məqamlara toxunub:"Bilməmiş olmazsız, kanallarda hansı bayağı verilişlər, hansı biabırçılıqlar, hansı əttökən mövzular qoyulur. Bu heç bir millətə sığmır. Nə qərb aləminə, nə də şərq aləminə. Belə bir mentalitet heç bir millətdə yoxdur, deyək ki, biz filankəslərə oxşamışıq. Niyə görə, məhz bəs bu sahədə qərb ölkələri ilə özlərini müqayisə edirlər. Hətta bizim bəzi müğənnilərimiz, bəzi aktrisalarımız soyunmağı sənətdən üstün tutur. Üzr istəyirəm, efirlərdə məşuqunun adını çəkməyi, hətta titulu da saymağı namusdan-ardan yüksək tuturlar".Xalq artisti baş verənlərdə telekanal rəhbərliklərini günahlandırıb: "Günah onları efirə çıxaranlardadır". Zülfiyyə Qurbanova
Oxşar xəbərlər
"Fuad Poladov tüpürüb getdi" - Afaq Bəşirqızı həqiqəti söylədi - VİDEO
Xalq artisti Afaq Bəşirqızı İTV-də yayımlanan "3D" verilişinin qonağı olub.BAKU.WS xəbər verir ki, öz sözünü deməyi bacaran aktrisa Fuad Poladovun ölümünü teatr...