Məşhur modeli döydülər - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Bir neçə gün əvvəl Türkiyədə plastik əməliyyat etdirən məşhur model Ketti Prays Böyük Britaniyaya qayıdıb.
BAKU.WS xəbər verir ki, model həmin gün bədbəxt hadisə ilə üzləşib. Belə ki, gecə yarı naməlum şəxs Kettinin evinə girib. Mənzilində yad şəxsi görən model onunla dava etməyə başlayıb.
Qonşuları Kettinin evindən qışqırıq səsləri eşidib. Daha sonra polis çağırılıb və həmin şəxs tutularaq həbs edilib.
Verilən məlumatlara görə, 32 yaşlı şəxs Praysı çoxlu döyüb və onun yeni əməliyyat etdirdiyi üzünə dəfələrlə zərbələr endirib.
Bu haqda “The Sun”a müsahibə verən model üzü şişmiş vəziyyətdə xəstəxanaya getdiyini bildirib.
Qeyd edək ki, bir neçə gün əvvəl model plastik əməliyyat üçün sevgilisi Karl Vudsla Türkiyəyə gedib. Simasında plastik əməliyyat etdirən Ketti bunu anabaan görüntülədərək “Youtube” kanalında paylaşmışdı.
Qalereya
Oxşar xəbərlər
Məşhur model plastik əməliyyat görüntülərini paylaşdı - VİDEO
Məşhur model Ketti Prays yenidən estetik əməliyyat keçirib. BAKU.WS xəbər verir ki, model plastik əməliyyat üçün sevgilisi Karl Vudsla Türkiyəyə üz tutub. Simas...