Mərhum Xalq artistinin nəvəsi onun arzusunu yerinə yetirdi - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
ATV kanalında mərhum Xalq artisti Arif Quliyevlə bağlı süjet hazırlanıb.
BAKU.WS xəbər verir ki, videomaterialda aktyorun ailə üzvləri onunla bağlı xatirələrini bölüşüblər. Xalq artistinin adı qoyulan nəvəsi Arif Quliyev babasının arzusunu yerinə yetirdiyini bildirib:
"Adımı babam qoyub. Mən onun adını daşıyıram. Babam həmişə istəyirdi ki, mən yaxşı oxuyub pilot olum. Bu il onun arzusunu yerinə yetirdim. Milli Aviasiya Akademiyasına daxil oldum. Çox təəssüf ki, babam bu günləri görmədi. Onun arzusunu mən rəhmətə getdikdən sonra reallaşdırdım".
Qeyd edək ki, Arif Quliyev ötən ilin mayında vəfat edib. Koronavirusa yoluxaraq dünyasını dəyişən aktyor "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılıb.
Oxşar xəbərlər
Məşhur aktrisaya aşiq oldu, 16 il zavodda fəhlə işlədi...
Xəbər verdiyimiz kimi, Əməkdar artist Məcnun Hacıbəyov bu gün 86 yaşında koronovirusdan vəfat edib. BAKU.WS "kulis.az"-a istinadən mərhum aktyor haqqında maraql...