Mərhum prodüser Oqtay Əliyevə həsr olunan özəl layihə təqdim edildi
18
iyn
2026
10:32
"Xəzər TV"də eksklüziv olaraq mərhum prodüser Oqtay Əliyevə həsr olunan özəl layihə təqdim edilib.
BAKU.WS xəbər verir ki, ekran işi "Xəzər axşamı" verilişinin efirində nümayiş olunub.
Əməkdar artist Dilarə Əliyeva bu layihəni mərhum həyat yoldaşı Oqtay Əliyevin doğum günü münasibətilə hazırlayıb.
Videoda Xalq artisti Xanım İsmayılqızının müəllifi olduğu "Bir də gəl" şeirini səsləndirib. Kadrlarda Dilarə Əliyeva ilə Oqtay Əliyevin birgə arxiv görüntüləri əks olunub.
Məlumat üçün bildirək ki, Oqtay Əliyev 2023-cü il martın 22-də ağır avtomobil qəzasında həyatını itirib.
Oxşar xəbərlər
Röya Aygün Kazımovanın repertuarından "Uzaqlıq"ı seçdi
Pop kraliça, Xalq artisti Röya Ayxan diva, Xalq artisti Aygün Kazımovanın repertuarından sevilən "Uzaqlıq" mahnısını fərqli ifa tərzi ilə təqdim edib. BAKU.WS x...