Mərhum həyat yoldaşından danışan Fəxrəddin Manafov: "Onunla sona qədər tanış ola bilmədim" - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Xalq artisti Fəxrəddin Manafov şəxsi həyatı ilə gündəmə gəlib.
BAKU.WS xəbər verir ki, AzTV-də yayımlanan "Ağ və qara" layihəsinə qonaq olan aktyor bir il əvvəl vəfat edən həyat yoldaşı Vahidə Sadıqovadan danışıb. Manafov Vahidə xanımın onun həyatında misilsiz iz buraxdığını bildirib:
"Rəsmi 44, ümumilikdə 48 il bir yerdə olduğum, məni qabaqlayıb dünyasını dəyişən o qadın mənə çox şeyi öyrətdi. Deyirlər ki, qadın kişidən ağıllı olmamalıdır, amma əksinə... Vahidə çox güclü bir şəxsiyyət idi. Çox ağıllı, zəkalı, oxumuş, intellektual, istedadlı, maraqlı insan idi. Dünyasını dəyişəndə mən bir söz dedim. Özüm də şaşırdım. Dedim ki, mən səninlə sona qədər tanış ola bilmədim. Qadın bir gücdür".
Qeyd edək ki, Fəxrəddin Manafovun 65 yaşlı həyat yoldaşı Vahidə Sadıqova ötən ilin martında xərçəng xəstəliyindən vəfat edib.
Oxşar xəbərlər
Deputatla AzTV arasında QALMAQAL - VİDEO
Milli Məclisin deputatları Azərbaycan Televiziyasını (AzTV) ittiham ediblər. BAKU.WS xəbər verir ki, deputat Əziz Ələkbərli feysbuk hesabında AzTV-də yayımlanan...