Məleykə Əsədova: “Evimi satışa çıxarmışam” - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Xalq artisti Məleykə Əsədova maraqlı açıqlamaları ilə gündəmə gəlib.
BAKU.WS xəbər verir ki, “Üzə-düz” proqramına qonaq olan 55 yaşlı aktrisa sənət adamlarına dəyər verilməməsindən gileylənib. Xalq artisti 32 ildir səhnədə olduğunu, özünü sənət üçün fəda etdiyini deyib.
Veriliş zamanı Əsədova yaşadığı maddi çətinliklərdən də danışıb: “Həmişə istəyirəm ki, aktyorlar səhnədən yola salınsın. Onları alqışlarla yola salmaq lazımdır. Amma aktyorlarımızın çoxu səhnədən yola salınmayıb. Telman Adıgözəlov, Əjdər Həmidov, Rafael Dadaşov. Düzdür, buna pandemiya da səbəb oldu.
Ürəyim xəstədir. 60 yaşa çatmamış, bir də görürsünüz ki, dünyamızı dəyişirik. Bəs biz nə vaxt o şöhrəti görəcəyik? Nə istəyirik ki, sənətimizə alqış! Görünüşcə cavan qala bilərəm, 32 ildir səhnədə çoxsaylı obrazlar yaratmışam.
Efirlərə də pulsuz gedirik, özümüzü fəda edirik. Mənim obrazlarıma qiymət verin də... Səhnədə barmaqla sayılası aktyorlar var, biri də mən!
Səhnədən başqa heç bir şey bacarmıram, bizneslə məşğul olmağı da bilmirəm. Bir evim var, onu da neçə ildir satışa çıxarmışam, onu da sata bilmirəm ki, bölüm, özümünkülərə kömək edim.
Biz bunları dilə gətirməməliyik! Məni səhnədə tamaşalarımla görməlidirlər, qəlbimi küsdürməməlidirlər!”
Oxşar xəbərlər
Prezident İlham Əliyev xalqa müraciət edib - VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib. BAKU.WS müraciəti təqdim edir. Prezident İlham Əliyevin xalqa müraciəti - Əziz həmvətənl...