Mehmet Ali Erbilin qızı: "Ondan atalıq gördüyümü düşünmürəm"

Mehmet Ali Erbilin qızı: Ondan atalıq gördüyümü düşünmürəm
Foto
Şou-biznes 34

Tanınmış şoumen Mehmet Ali Erbilin qızı Yasmin Erbil, atası ilə olan münasibətləri haqqında səmimi açıqlamalar verib.

BAKU.WS xəbər verir ki, atası ilə bağlı yaşadığı daxili münaqişələri gizlətməyən Yasmin, onun tərəfindən atalıq görmədiyini vurğulayıb:

"Atamla bağlı içimdə bir yara var və bu yaranın heç vaxt qapanmayacağına əminəm... O maddi olaraq hər zaman yanımızda olub, lakin duygusal mənada ciddi bir boşluq hiss edirəm. Açığı, onun tərəfindən kifayət qədər atalıq gördüyümü düşünmürəm. Onun ətrafında çoxlu sayda qadınların və gənc qızların olması məni hələ də dərindən yaralayır. Xüsusilə də, məndən yaşca kiçik biri ilə münasibətdə olduğunu eşidəndə ciddi narahatlıq keçirirəm. Bütün bu yaşadıqlarımdan sonra deyə bilərəm ki, atam kimi xüsusiyyətlərə sahib kişilərdən heç xoşum gəlmir və həyatımda belə insanlardan uzaq durmağa çalışıram".

Qeyd edək ki, Yasmin Erbil, Mehmet Ali Erbilin aktrisa Nergis Kumbasar ilə olan evliliyindən dünyaya gələn qızıdır. Mehmet Ali Erbil və Nergis Kumbasar 1989-cu ildə evlənib, Yasmin Erbil isə 1995-ci ildə dünyaya gəlib. Cütlük 1996-cı ildə boşanıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər