Mehmet Ali Erbilin 48 yaş kiçik sevgilisi onu məhkəməyə verir: "Babam yaşındadır!"
21 yaşlı Eylem Çelik özündən 48 yaş böyük şoumen Mehmet Ali Erbil ilə sevgili olduğu xəbərlərini təkzib edib.
BAKU.WS xəbər verir ki, kamera qarşısına keçən gən qız hər şeyin yanlış anlaşıldığını bildirib.
"Özü mənim babam yaşında bir adamdır. Mən belə şeyləri əsla qəbul etmirəm. İndi, məsələn, ailəmlə danışıram. Mənə İnstaqramdan yazırdı. Mən də cavab verdim. Aktyorluqla maraqlandığımı filan söylədim. O da mənə "sənə iş verə bilərəm" tərzində şey elədi. Sənədlər verəcəyini dediyi üçün məni evinə dəvət etdi. Onun evinə getdim. Mənim ayaqyoluna keçib çıxmağımla bəyin canlı yayım açması bir oldu".
Eylem vurğulayıb ki, Erbil ona sevgili olmağı təklif edib, lakin o bunu qəbul etməyib. Yayılan şayiələrə görə isə o erbili məhkəməyə verəcəyini deyib:
"Özü mənə sevgili olmağı təklif etdi. Mən bunu rədd etdim. "Gəl mənimlə yaşa" dedi. Əlbəttə ki, bunu rədd etdim və evi tərk etdim, getdim. Mütləq Mehmet Ali bəyi məhkəməyə verəcəm. Çünki mənə atdığı bu şər-böhtana görə insan arasına çıxa bilmirəm. İnsanlar məni buna görə qınayacaq, günahlandıracaq deyə özümdə güc tapa bilmirəm".
Qeyd edək ki, bir neçə gün əvvəl Erbilin "TikTok" üzərindən tanış olduğu 21 yaşlı Eylem Çelik ilə münasibət yaşamağa başlaması ilə bağlı xəbərlər yayılıb.
Cütlük arasındakı 48 yaş fərqi isə müzakirələrə səbəb olmuşdu.
Oxşar xəbərlər
Seda Sayan: "Gülben çox xəsisdir, mənə nə almısan axı?!"
Tanınmış müğənni Seda Sayan qonaq olduğu verilişlərin birində həmkarı və rəfiqəsi Gülben Ergen barədə diqqətçəkən və maraqlı açıqlamalar verib. BAKU.WS xəbər v...