Madonna dəbdəbəli malikanəsini 44 milyona satır - FOTO

Madonna dəbdəbəli malikanəsini 44 milyona satır - FOTO
Foto
Şou-biznes 172

Pop musiqisinin kraliçası Madonna Kaliforniya ştatının "Hidden Hills"dəki evini 26 milyon dollara(təxminən 44 milyon 200 min AZN) satışa çıxardıb.

BAKU.WS xəbər verir ki, ifaçı həmin malikanəni ötən ilin aprelində 19 milyon dollara (təxminən 32 milyon 300 min AZN) satın alıb. Hazırda Madonnanın satışa çıxardığı mənzil 12 min kvadratmetrdir.

Villada yeddi yataq otağı, bir kino zalı və musiqi otağı da mövcuddur. Sözügedən ev müğənni Castin Biberin yaşadığı bölgədə yerləşir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər