Lindsi Lohanın atası 9 aylıq həbs cəzası aldı

Lindsi Lohanın atası 9 aylıq həbs cəzası aldı
Şou-biznes 69

Amerikalı aktrisa Lindsi Lohanın atası Maykl Lohan 9 ay müddətinə azadlıqdan məhrum edilib.

BAKU.WS TMZ-yə istinadən xəbər verir ki, o, sınaq müddətinin şərtlərini pozduğuna görə həbs cəzasına məhkum edilib və 2026-cı ili həbsxanada qarşılayacaq.

Maykl Lohan özü günahını etiraf edib. İş Florida ştatında baxılıb, lakin onun Texas ştatında keçmiş həyat yoldaşı Keyt Lohanın şikayəti üzrə başladılmış məişət zorakılığı işi hələ də davam edir.

Qeyd edək ki, Lohan daha əvvəl reabilitasiya mərkəzlərinə pasiyent yönləndirdiyinə görə rüşvət almaqla bağlı beş maddə üzrə günahını etiraf edib və sınaq müddətinə buraxılmışdı.

2025-ci ilin fevralında 42 yaşlı Keyt Lohan boşanma prosesində olduğu 64 yaşlı Maykl Lohan tərəfindən təqib olunduğunu bildirərək təcili yardım xidmətinə zəng edib. Onun sözlərinə görə, Maykl əvvəlcə onu stuldan itələyib, daha sonra isə xəstəxana qarşısında gözləyərək onu təqib edib. Bundan sonra o, polis tərəfindən saxlanılıb.

Son xəbərlər