İlin ən yaxşılarına "Qızıl Qlobus"lar verildi - FOTO
Hər il ənənəvi olaraq bu il də "Qızıl Qlobus" mükafatlarının təqdimetmə mərasimi keçirilib.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, hər il kino sektorunun ən yaxşılarınının mükafatlandırıldığı mötəbər tədbir Nyu-Yorkda Rokfeller mərkəzində baş tutub.
Cerrod Karmayklın aparıcılığını etdiyi gecədə ulduz kimi bərq vuran məşhurlara müxtəlif kateqoriyalarda "Qızıl Qlobus"lar təqdim edilib.
Artıq 80-ci dəfədir təşkil edilən mükafatlandırmada "Taxt Oyunları" serialının davamı "Əjdahanın evi" "Ən yaxşı dram janrlı serial" nominasiyasında qalib olub.
Rejissor Qilermo del Toro Qomesin "Pinocchio"su "Ən yaxşı cizgi filmi" seçilib. Ona "Qızıl Qlobus" təqdim olunub.
Amerikalı aktyor Ostin Batler "Ən yaxşı dram aktyoru" nominasiyasında qalib olub. O bu mükafata "Elvis" filmindəki obrazına görə layiq görülüb.
Avstraliyalı aktrisa Keytd Blanşet "Ən yaxşı dram aktrisası" adına layiq görülərək "Qızıl Qlobus" alıb. O bu mükafatı "Tár" filmindəki roluna görə alıb.
"Ən yaxşı aktyor" adını Kolin Farrel alıb. O bu ada "The Banshees of Inisherin" filminə görə layiq görülüb. Stivn Spilberq "Ən yaxşı rejissor" nominasiyasında mükafatlandırılıb. O "Qızıl Qlobus"u "The Fabelmans"a görə alıb.
"Xarici dildə ən yaxşı film" kateqoriyasında "Argentina 1985" filmi seçilib. Rejissoru Stiven Spilberq olan "The Fabelmans" mükafatlandırma mərasiminin "Ən yaxşı film"i seçilib. Gecənin "Ən yaxşı film (müzikl və ya komediya)" janrında filmi “The Banshees of Inisherin” olub.
Xatırladaq ki, "Qızıl Qlobus" Hollivud tərəfindən 1944-cü ildən etibarən təqdim edilən amerikan kino mükafatıdır. Bu ilki tədbirdə Rusiya-Ukrayna müharibəsinə də toxunulub. Hollivud aktyoru və UNITED24 platformasının səfiri Şon Penn səhnədən Ukrayna Prezidenti Volodimir Zelenskinin adından müraciət oxuyub.
Qalereya
Oxşar xəbərlər
Van Dammın oğlu: “Atam demişdi ki, mütləq Azərbaycandan olan bir xanımla evlən” - FOTO
Məşhur aktyor Jan Klod Van Dammın oğlu Kristofer Van Damm və onun azərbaycanlı xanımı Suada Hacızadə Diasporla İş üzrə Dövlət Komitəsinin Təbliğat, informasiya...