Leysan yağacaq, dolu düşəcək
22
may
2019
14:52
Mayın 23-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Cənub küləyi axşam şimal-şərq küləyi ilə əvəz olunacaq.Havanın temperaturu Abşeron yarımadasında gecə 16-18, gündüz 23-27, Bakıda gecə 16-18, gündüz 25-27 dərəcə isti təşkil edəcək.Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 65-70, gündüz 45-55 faiz olacaq.Azərbaycanın rayonlarında sabah havanın yağmursuz keçəcəyi, lakin axşama doğru bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə lokal leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var.Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.Havanın temperaturu gecə 13-18, gündüz 27-32, dağlarda gecə 7-12, gündüz 13-18 dərəcə isti təşkil edəcək.
Oxşar xəbərlər
Sabahın hava proqnozu açıqlanıb
Mayın 20-də respublika ərazisində gözlənilən hava şəraiti açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-...