Ledi Qaqa nəhəng brilyant qaşlı nişan üzüyünü nümayiş etdirib
Yeniliklərdən dərhal xəbərdar olun
Müğənni Ledi Qaqa 578 min dollarlıq nişan üzüyü ilə ictimaiyyətə çıxıb.
BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, müğənni Ledi Qaqa nəhəng brilyant qaşlı nişan üzüyünü nümayiş etdirib. Fotolar Daily Mail saytında dərc olunub.
Sentyabrın 4-də Ledi Qaqa Venesiya Film Festivalı çərçivəsində baş tutan "Joker: İki nəfər üçün dəlilik" filminin premyerasında iştirak edib. Filmdə əsas rollardan birini canlandıran pop müğəni nişanlısı, iş adamı Maykl Polanski ilə ictimaiyyət qarşısına çıxıb. Aktrisa səkkiz karatlıq oval kəsimli solitaire almazla bəzədilmiş platin nişan üzüyü ilə fotoqraflara poza verib. Jurnalistlərin fikrincə, məhsulun dəyəri təxminən 578 min dollardır.
Qeyd edək ki, Ledi Qaqa 2019-cu ildən sahibkar Maykl Polanski ilə münasibətdədir.
Oxşar xəbərlər
32 yaşlı opera müğənnisi atasının 73 yaşlı dostu ilə evləndi
Honkonqda tanınmış opera müğənnisi Yemina Yu Çun-yan özündən 41 yaş böyük, keçmiş siyasətçi Lo Vay Kvokla ailə həyatı qurub. BAKU.WS xəbər verir ki, "AsiaOne" n...