Lalədən küsülü olduğu Brilliant Dadaşovayla bağlı gözlənilməz addım
Yeniliklərdən dərhal xəbərdar olun
Əməkdar artist Lalə Məmmədova 1990-cı illərdə məşhur olan mahnıları yenidən səsləndirib.
BAKU.WS Axşam.az-a istinadən xəbər verir ki, layihədə müğənninin bir addımı diqqət çəkib. Belə ki, L.Məmmədova illərdir küsülü olduğu Xalq artisti Brilliant Dadaşovanın repertuarına müraciət edib. O, B.Dadaşovanın "Sənsiz olanda" mahnısını oxuyub.
"Zaurla Günaydın" proqramına qonaq olan L.Məmmədova layihənin müəllifinin stilist Elnur Həsənov olduğunu bildirib. "Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, Faiq Ağayev, Brilliant Dadaşovanın 90-cı illərdə məşhur olan mahnılarını səsləndirdim. Əvvəlcədən hamıdan icazə alınıb" deyə, müğənni əlavə edib.
Oxşar xəbərlər
Azərbaycanın məşhur qohumları - FOTO
Azərbaycanın mədəniyyət, incəsənət və şou-biznes aləmində bir-birindən məşhur qohumların sayı yetərincədir. BAKU.WS sözügedən məşhurların siyahısını təqdim edir...