"Kurtlar Vadisi"nin tanınmış aktrisası ÖLDÜ
Türk televiziya tarixində iz qoyan "Kurtlar Vadisi" serialında "Cerrahpaşalıların ablası" obrazı ilə tanınan aktrisa və oriyental rəqqasə Şıvga Gerez həyatını itirib.
BAKU.WS xəbər verir ki, Bir müddətdir xərçəng xəstəliyi ilə mübarizə aparan 56 yaşlı Şıvga Gerez ötən ilin may ayında xəstəliyə tutulduğunu açıqlamışdı. Acı xəbər bu gün yayılıb.
Televiziya karyerasına "İbo Show" ilə başlayan Gerez sonradan aktyorluğa yönəlib və "Kurtlar Vadisi" ilə geniş tanınıb. O, həmçinin Savaş Ayın rejissoru olduğu "Dansöz" filmində də rol alıb.
Son illər mediadan uzaq həyat sürən Şıvga Gerez parapsixologiya və metafizika sahəsində çalışmaları ilə diqqət çəkirdi.
Qalereya
Oxşar xəbərlər
Toyqar Işıklı "Grammy"də münsif olub, səs verəcək
Məşhur bəstəkar Toyqar Işıklı "Grammy" mükafatlarına münsif seçilib. BAKU.WS xəbər verir ki, o dünyanın ən nüfuzlu musiqi mükafatlarından biri olan "Grammy"nin...