Kosmosdan gələn siqnalları kim göndərir?
17
okt
2018
21:13
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Avstraliyadakı Svinbörn texniki universitetinin alimləri kosmosun dərinliklərindən gələn 20-ə yaxın yeni radio siqnal kəşf ediblər.BAKU.WS Ölkə.Az-a istinadən xəbər verir ki, professor Rayan Şennon məsələ ilə bağlı açıqlama verib. Alim bildirib ki, yeni radio teleskoplar vasitəsilə bir il ərzində 20-ə qədər sürətli radio partlayışı qeydə alınıb. Ən yaxın radio siqnal 425 milyon işıq ili uzaqdan gəlir.Bəzi mütəxəssislər bu siqnalların yadplanetli sivilizasiya tərəfindən göndərildiyini bildirir. Güclü radio dalğaları ilk dəfə 2007-ci ildə Avstraliyadakı “Parkes” radio teleskopu tərəfindən kəşf edilib.NASA-nın “Nyu Horizons” missiyasında işləyən Alan Stern dünyadan kənar bir mədəniyyətlə niyə əlaqə qura bilmədiyimizə aid bir teoriya işləyib. Sternə görə yadplanetlilər sualtı bir mədəniyyət yaradıblar. “American Astronomical Society”də verdiyi konfransda alim bildirib ki, dünyadan kənarda canlılar qalaktikaların başqa hissələrində, yaşadıqları planetlərin okeanlarının dərinliklərində yaşayırlar. Kainata planetimizə bənzəyən 40 milyard planet var. Amma hələ də heç bir yad sivilizasiya bizimlə əlaqəyə girməyib.BAKU.WS
Oxşar xəbərlər
İTV-nin baş direktoru bu şəxslərdən biri olacaq - SİYAHI
İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) baş direktorunun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi ilə əlaqədar bu vəzifəyə seçilmək üçün nam...