Könül Kərimova "Şükürlər olsun"u təqdim etdi - FOTO/VİDEO

30
may
2023
14:29
Əməkdar artist Könül Kərimova pərəstişkarlarını sevindirib.
BAKU.WS xəbər verir ki, sənətçi "Şükürlər olsun" adlı yeni ifasına ekran həyatı verərək sevənlərinə təqdim edib.
İfaçı yeni işıq üzü görən ekran işi üçün 4 libasda kamera qarşısına keçib. Kərimovanın stili və makiyajı üzərində peşəkarlardan ibarət komanda çalışıb.
Mahnının sözləri İsa Ümidə, musiqisi isə İlkin Sərdaroğluna aiddir. "Şükürlər olsun"un aranjımanını İlkin Həsən edib. Klipin rejissorluğu Xəyal Hüseynə həvalə edilib.
"Şükürlər olsun" Könül Kərimovanın şəxsi yutub kanalına yerləşdirilib.
Qalereya

Oxşar xəbərlər
Elçin Cəfərov “Qara uzun saçlar”a Türkiyədə klip çəkdirdi - FOTO/VİDEO
Məşhur müğənni Elçin Cəfərov pərəstişkarlarını sevindirib. BAKU.WS xəbər verir ki, bir müddətdir səhnə və rəqəmsal platformlardan uzaqlaşan estrada ifaçısı yen...