Kökəlmək istəyənlər üçün 1000 + kalorili kokteyl (VİDEO)

24
may
2018
11:17
Tanınmış fitness müəllimi Fövqi Əfəndi kökəlmək və əzələ kütləsini artırmaq istəyənlər üçün məsləhətlər verib. BAKU.WS-in məlumatına görə, idmançı Youtube kanalında izləyiciləri üçün 1000+ kalorili kokteylin hazırlanması qaydasını izah edib. Kokteylin hazırlanması zamanı təbii qidalardan istifadə olunub. Proteindən istifadə etmək istəməyənlər bu təbii üsulla kökələ və əzələ kütləsini artıra biləcək. Hazırlayacağınız bu kokteyli gün ərzində 1 və ya 2 dəfə içə bilərsiniz. Bu kokteyl üçün 2 ədəd banan (300 qram), kəsmik (200 qram) yoqurt (300 ml) qoz ləpələri (50 qram) lazımdır. Bu qarışım ümumilikdə 1000 kaloridən çoxdur. Kokteylin hazırlanması qaydası ilə təqdim etdiyimiz videodan tanış ola bilərsiz. ŞahinBAKU.WS

Oxşar xəbərlər
Pərvin Abıyevanın Fövqi Əfəndi ilə səmimi görüntüləri yayıldı (VİDEO)
Məşhur azərbaycanlı fitness məşqçisi Fövqi Əfəndi və aktrisa Pərvin Abıyeva kamera önünə keçib. BAKU.WS-in məlumatına görə, cütlük bu dəfə mətbəxdəki bacarıqla...